Rusiyada avtomobillərin məcburi texniki baxışı ləğv olundu

15:55 - 2 İyul 2021

Rusiyada avtomobillərin məcburi texniki baxışı ləğv olundu

Rusiyada nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasını rəsmiləşdirmək üçün nəqliyyat vasitəsini texniki baxışdan keçirmək tələb olunmayacaq.

Manset.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bu barədə müvafiq qanunu imzalayıb.

Belə ki, sığorta polisini almaq üçün sürücünün diaqnostik kart təqdim etməsinə və texniki baxışdan keçməsini təsdiqləməsinə ehtiyac qalmayacaq.

Qanun avqustun 22-da qüvvəyə minir.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin