Bakıda oğurlanmış 2 yaşlı uşağın saxlandığı yer tapıldı - Görün harada gizlədilib? (VİDEO)

07:39 - 12 Yanvar 2022

Bakıda oğurlanmış 2 yaşlı uşağın saxlandığı yer tapıldı - Görün harada gizlədilib? (VİDEO)

Sabunçu qəsəbəsindən uşağı oğurlayaraq Kürdəxanı qəsəbəsində kirayədə qaldıqları evdə gizlədiblər.

Manset.az-ın məlumatına görə, 12 gün əvvəl Bakıda Gültəkin Muradova və onun qeyri-rəsmi yaşadığı Şamil Əliyev Şıxəliyevlər ailəsinin 2 yaşında oğlunu oğurlamazdan əvvəl plan qurublar.

Şamil Əliyev əvvəlcə uzaq bir qəsəbənin dalanında yerləşən bir ev kirayə tutub.

"Xəzər Xəbər" olaraq ilk dəfə zərərçəkmiş ailəni çəkib xəbər verdiyimiz üçün, bu ağır cinayəti  gündəmdə saxlayaraq uşağın saxlanıldığı həmin ünvanı axtarıb tapdıq.

Uşağı oğurlamaqda şübhəli bilinərək saxlanılan şəxslərə mənizili kirayə verən Dadaşbala Abdulmanafov evdə  olmadığından bizi qardaşı Şirinbala Abdulmanafov qarşıladı. Onun sözlərinə görə, qardaşı evi Şamil Əliyevə aylığı 150 manata verib.

Ev sahibinin qardaşı Şirinbala Abdulmanafovun iştrakı ilə uşağın saxlanıldığı evə daxil olduq. Qarşılaşdığımız mənzərə sözün əsl mənasında ürəkağrıdan idi.

Gültəkin Muradova və onun qeyri-rəsmi yaşadığı Şamil Əliyevin uşağı hansı məqsədlə oğurlamaları hələ ki, bilinmir. Bu hal istintaqla araşdırılır.

Tükürpədən bu cinayət elə eyni həyətdə kirayədə qalan digər ailələri və ətrafda yaşayan qonşuları da şoka salıb. Şirinbala Abdulmanafov bu hadisənin təsirindən hələ çıxa bilmədiiklərini deyir.

Xatırladaq ki, uşağı oğurlamaqda şübhəli bilinən Şamil Əliyev və uşağın atası Elgün Nəsirov saxlanılaraq istintaqa cəlb ediliblər. Gültəkin Muradova barəsində isə məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Üç aydan sonra, yəni istinaqın yekununda bu cinayətdə təqsirli bilinən şəxslərin işinə baxılması üçün toplanan material Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin