İlham Əliyev və Mehriban Əliyeva Rusiyanın Patriarxına başsağlığı verdilər

13:10 - 11 İyun 2021

İlham Əliyev və Mehriban Əliyeva Rusiyanın Patriarxına başsağlığı verdilər

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillə başsağlığı məktubu ünvanlayıb. 

Manşet.az xəbər verir ki, məktubda deyilir:“Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandrın vəfatı barədə xəbər bizi dərindən kədərləndirdi.

Arxiyepiskop Aleksandrın fədakar əməyi, parlaq vaizlik istedadı, Azərbaycan–Rusiya dostluğunun, konfessiyalararası həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsinə böyük şəxsi töhfəsi ona haqlı olaraq müxtəlif millətlərin və dini etiqadların nümayəndələri arasında dərin hörmət qazandırmışdır. Onun xatirəsi qəlbimizdə daim yaşayacaq.

Zati-müqəddəsləri, bu kədərli anlarda ağır itki ilə əlaqədar dərin hüznlə başsağlığımızı qəbul edin”.


Xəbər xətti

22 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin