Pensiya yaşı ilə bağlı mühüm AÇIQLAMA
1 Noyabr 2024
19:46 - 10 Yanvar 2022
Xəbər verdiyimiz kimi, Şəmkir rayon Mahmudlu kəndində Musayevlər ailəsinə gəlin köçən 1998-ci il təvəllüdlü Qurbanova Gülbəsti Arzuman qızı itkin düşüb.
Manşet.az İTV-yə istinadən xəbər verir ki, hadisə rayonun Mahmudlu kəndində qeydə alınıb.
Bir ildən çoxdur Mahir Musayevlə ailə həyatı quran G.Qurbanova bir müddətdir gəlin köçdüyü evi tərk edib.
Gəlinin evdən getməsini ilk olaraq onun qayınanası Nəzifə Musayeva bilib.
Belə ki, onlar bayram günü olduğu üçün yaxınlarının məzarını ziyarət etməyə gediblər.
"Ərinin paltarını geyindirdi, zorla yola çıxardı, hələ yolda uşaqlarla söhbət edirdi əri, dedi ki, ay ana, Mahirə bax, gedib arvad kimi yolda söhbət edir, çıxıb getmir. Elə bil nə isə özünü şübhəli aparırdı. Ondan sonra mənim üstümə dirəndi ki, çıxım gedim. Mən də təzədən gəldim, onu çağırdım, mənə cavab vermədi. Axtardım, gördüm gəlinim yoxdur. Axtardıq, tapa bilmədik, getdik atası evinə. Oradan da dedilər ki, bura gəlməyib. Ondan sonra verdik polisə”, - qayınana N.Musayeva bildirib.
Qayınananın iddiasına görə, gəlini artıq ikinci dəfədir evdən gedir. Üstəlik, oğlu ilə heç bir ciddi problemi olmayıb. İddialara görə, G.Qurbanova evdən çıxarkən, qızıl və müəyyən miqdarda pul götürüb.
"Evdən gedəndə qızılları və 630 manat pulumuzu aparıb”, - qayınana deyib.
Məsələ ilə bağlı gəlin G.Qurbanovanın ailəsi danışmaqdan imtina edib.
Daha ətraflı süjetdə:
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin