“Xəstəxanaya bir qəpik də pul verməmişəm”

18:27 - 10 Yanvar 2022

“Xəstəxanaya bir qəpik də pul verməmişəm”

"Hələ müalicə alıram, kimyaterapiyalarım davam edir. Bir-iki aydan sonra tam qərar veriləcək. Sonra biləcəyik ki, vəziyyətim nə yerdədir".

Manşet.az xəbər verir ki, bu sözləri olay-a açıqlamasında Əməkdar artist Tünzalə Əliyeva deyib. O bildirib ki, xəstəxana ondan müalicə üçün pul almır:

"Ümumiyyətl,ə mən xəstəxanaya pul ödəmirəm. Dörd ildir oranın xəstəsiyəm, ödəniş etməmişəm. Orda hər şey mənə pulsuzdur. Bu güzəşt deyil, mən heç pul ödəmirəm. Bir var endirim edirlər, amma mən bir qəpik də pul verməmişəm".

Qeyd edək ki, xərçəng xəstəliyindən əziyyət çəkən aktrisa sonuncu dəfə 34-cü kimyaterapiyanı qəbul edib. 


Xəbər xətti

14 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin