Pensiya yaşı ilə bağlı mühüm AÇIQLAMA
1 Noyabr 2024
18:12 - 10 Yanvar 2022
Xəbər verdiyimiz kimi, yanvarın 7-si çörək zavodunda fəhlə işləyən qadın Mətanət Həsənova qurğuya düşərək həyatını itirib.
Manşet.az xəbər verir ki, Mətanət Həsənova haqqında bir neçə məlumat əldə edilib. Məlum olub ki, “İsrafiloğlu” MMC-yə məxsus çörək zavodunda fəhlə işləyən 1971-ci il təvəllüdlü Mətanət Həsənova Lənkəran rayonunun Liman şəhərindənBakıya işləməyə gəlib.
Xatırladaq ki, Mətanət Həsənova zavodun istehsalat sexində xəmir qarışdıran qurğunun alt hissəsini təmizləyərkən həmin qurğunun digər işçi tərəfindən ehtiyatsızlıqdan işə salınması nəticəsində qolu qarışdırıcının arasında qalıb və almış olduğu xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İstintaq davam etdirilir.
metbuat.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin