Hərbçilər bu məsələ ilə bağlı maarifləndiriləcək

15:27 - 8 Yanvar 2022

Hərbçilər bu məsələ ilə bağlı maarifləndiriləcək

“Bir aydan çox evdə olmayacaq abunəçi bizə məlumat verməlidir”“Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiya”nın müddəalarının yerinə yetirilməsinə dair Müdafiə Nazirliyinin 2022-ci tədris ili üçün tədbirlər planı hazırlanıb.

Bu barədə Manşet.az-a Müdafiə Nazirliyindən bildirilib.

Bu istiqamətdə keçiriləcək tədbirlər çərçivəsində mədəni dəyərlərin qorunması, arxitektura, incəsənət, tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan və daşınmaz irsin müdafiə edilməsi və digər mövzulara dair ətraflı fikir mübadiləsi aparılacaq.

Hərbi qulluqçuların müharibə dövründə mədəni mülkiyyətin mühafizəsi məsələləri ilə bağlı maarifləndirilməsi işləri həyata keçiriləcək.

Bundan başqa hərbçilərimiz işğaldan azad edilən ərazilərdə dağıdılmış mədəni abidələrin vəziyyəti ilə bağlı beynəlxalq təşkilatların diqqətinə çatdırılması istiqamətində aparılan fəaliyyətlər barədə də məlumatlandırılacaq.


Xəbər xətti

1 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin