Ərdoğanla eyni təyyarədə olan azərbaycanlı kimdir? - FOTOLAR
14 Noyabr 2024
12:55 - 8 Yanvar 2022
Keçən ilin payızına kimi efirlərdə tez-tez görünən, qısa zamanda Azərbaycanda mahnıları ilə geniş tamaşaçı kütləsi toplamağı bacaran Baba Dərələyəzlidən xəbər var.
Manset.az milli.Az-a istinadən xəbər verir ki,müğənni gözlənilmədən yatağa düşüb. Bunun səbəbini öyrənmək üçün müğənninin özü ilə əlaqə saxladıq. Baba Dərələyəzli faktı təsdiq etdi.
O, yatağa düşmə səbəbi ilə bağlı bunları deyib:
"Şamaxı yolunda ağır qəza keçirdik. Çox ağır qəza idi, şükürlər olsun ki, sağ qaldıq, ölmədik. Sürücümlə ikimiz idik avtomobildə. Bu gün artıq o qəzadan 47 gün keçir. Hazırda yerimək imkanlarım məhduddur. Biraz daxili orqanlarımda problem oldu, dalağımı çıxartdılar, biraz qaraciyərimdən kəsdilər. O da Allahın köməkliyi ilə bərpa olunar.
Daxili orqanlarım bərpa olunur, amma ayağımda 7 saat çətin əməliyyat keçirilib. Ayağımın daxilində hazırda dəmirlər var, elə bel üstə yatıram ancaq. Həkimlər deyiblər ki, 2 aya yavaş-yavaş ayağımı yerə basıb, ayağa qalxa biləcəm".
Müğənni keçən il başına gələn iki ağır itkisi barədə də məlumat verib:
"Keçən il iki ayın içində iki cavan qardaşım bir-birinin ardınca dünyasını dəyişdi. Biri məndən 2 yaş balaca idi, o biri də məndən 3 yaş böyük".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin