Pensiya yaşı ilə bağlı mühüm AÇIQLAMA
1 Noyabr 2024
00:28 - 8 Yanvar 2022
Qazaxıstan Prezidenti Kasım Jomart-Tokayev ölkədəki vəziyyəti şərh edib.
Manset/az xəbər verir ki, o, Tvitter səhifəsində yazıb:
“2022-ci il yanvarın 2-də mən hökumətə Qərbi Qazaxıstanda etirazçıların müraciətlərinə operativ reaksiya verməyi və mayeləşdirilmiş qazın qiymətinin tənzimlənməsi üçün kompleks tədbirlər həyata keçirməyi tapşırdım. Təəssüf ki, Qazaxıstanın bir sıra regionlarında və Almatıda etiraz aksiyaları zorakılığın artmasına gətirib çıxardı. Buna görə də hökuməti istefaya göndərmək və komendant saatı tətbiq etmək qərarına gəldim”.
Tokayev bildirib ki, bütün səylərə baxmayaraq, etirazlar zorakılığın daha da artmasına gətirib çıxarıb, iğtişaşlara səbəb olub.
O, iğtişaşçılarla heç bir danışıq aparmayacağını vurğulayıb: "Mənim fikrimcə, terrorçularla heç bir danışıq aparılmır, onları öldürməliyik".
“Qazaxıstan xarici diplomatik nümayəndəliklərin, habelə xarici şirkətlərin və investorların şəxsi heyətinin və əmlakının təhlükəsizliyini və mühafizəsini təmin etməyə davam edəcək”, - Tokayev əlavə edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin