Azərbaycanda bu avtomobillərin istifadəsi qadağan edilə bilər

20:11 - 7 Yanvar 2022

Azərbaycanda bu avtomobillərin istifadəsi qadağan edilə bilər

Bu ilin iyun ayının 1-dək istismarı ekoloji cəhətdən zərərli sayılan fiziki və mənəvi köhnəlmiş nəqliyyat vasitələrinin idxalının və istifadəsinin məhdudlaşdırılması, ekoloji təmiz və təhlükəsizlik xüsusiyyətləri yüksək olan nəqliyyat vasitələrinin idxalının, ölkə ərazisində alqı-satqısının, habelə sair formada dövriyyəsinin stimullaşdırılması məqsədilə aksiz dərəcələrinin mərhələli şəkildə adekvat olaraq dəyişdirilməsinə dair təkliflər hazırlanacaq.

Manşet.az APA-ya istinadən xəbər verir ki, qeyd olunan məsələ “Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı qiymətləndirmələrin aparılması, təkliflərin hazırlanması və həyata keçirilməsi üzrə 2022-ci il üçün Yol Xəritəsi”ndə əks olunub.

Müvafiq təkliflərin hazırlanması Dövlət Gömrük Komitəsinə (DGK), İqtisadiyyat (o cümlədən Dövlət Vergi Xidmətinə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə) və Maliyyə nazirliklərinə həvalə olunub.

Bununla yanaşı cari ilin birinci rübünün sonunadək Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə onların, o cümlədən sürətli enerji doldurucu qurğu və avadanlıqların gömrük idxal rüsumlarına əlavə güzəştlərin tətbiqi imkanları qiymətləndiriləcək. Qiymətləndirmə üç dövlət qurumu tərəfindən (DGK, Maliyyə və İqtisadiyyat nazirlikləri) aparılacaq.

Xatırladaq ki, ötən ilin sonunda DGK-nin sədri Səfər Mehdiyev ekoloji tələbləri nəzərə alaraq istehsalı 7 ildən çox olan avtomobillərin ölkəyə gətirilməsi zamanı onlara daha yüksək rüsumların tətbiq edilməsinin təklif olunduğunu bildirmişdi.


Xəbər xətti

1 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin