"Neftçi"nin futbolçuları koronavirusa yoluxdu

17:15 - 5 Yanvar 2022

"Neftçi"də koronavirusa yoluxma halları qeydə alınıb.

Manşet.az xəbər verir ki, bunu klubun rəsmi televiziyası açıqlayıb. Komandanın fiziki hazırlıq üzrə məşqçisi Eduardo Karo, futbolçular -  Sezar Meza Kolli və Tiaqo Bezerrada infeksiya aşkarlanıb.

Yarımmüdafiəçi Xorxe Korreanın isə ailə üzvləri koronavirusa yoluxub. Bu səbəbdən, argentinalı futbolçunun özü də vətənində karantinə alınıb.

Onlar "ağ-qaralar"ın bu gün start götürən təlim-məşq toplanışında iştirak etməyiblər.

Digər legioner Mamadu Mboc isə şəxsi işləri ilə bağlı klubdan icazə alıb. Mamadu Kane isə hazırda Afrika Millətlər Kubokunda iştirakı ilə əlaqadar "Neftçi"nin düşərgəsinə gec qoşulacaq.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin