“Aleksandr İşein səmimi, genişürəkli insan idi”

12:39 - 11 İyun 2021

“Aleksandr İşein səmimi, genişürəkli insan idi”

Birinci vitse-prezident Mehriban Əliyeva vəfat edən Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu haqda paylaşım edib. 

Manşet.az xəbər verir ki, bu barədə instaqram hesabında yazan M. Əliyeva bildirib ki, Aleksandr İşein səmimi, mehriban, genişürəkli insan idi: “Peşəsinə hədsiz sədaqəti, multikultural dəyərlərin inkişafında və konfessiyalar və sivilizasiyalar arasında dialoqun genişləndirilməsi sahəsindəki xidmətləri ona Azərbaycanda böyük sevgi və hörmət qazandırmışdır. Onun nurlu xatirəsi hər birimizin qəlbində əbədi yaşayacaqdır. Bu hüznlü gündə Uca Tanrıdan ona rəhmət, doğmalarına və yaxınlarına səbir diləyirəm!”

Xatırladaq ki, TASS-ın məlumatına görə, Aleksandr İşein ötən gün COVID-19-dan dünyasını dəyişib.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin