Sabah bu ərazidə qaz olmayacaq - XƏBƏRDARLIQ
26 Noyabr 2024
14:00 - 4 Yanvar 2022
Azərbaycanın qadınlardan ibarət voleybol millisinin üzvü Yelizaveta Səmədova özünə yeni klub tapıb.
Fanat.Az xəbər verir ki, analıq məzuniyyətindən qayıdan hücumçu Türkiyə çempionatında çıxış edəcək. O, “Bolu Bələdiyyəspor” klubu ilə anlaşıb. 27 yaşlı voleybolçumuzun Superliqa təmsilçisi ilə müqaviləsi mövsümün sonunadək nəzərdə tutulub.
Səmədova Bolu təmsilçisinin heyətində yığmamızın ikinci üzvü olacaq. Onadək Olena Xarçenko da bu klubla müqavilə imzalayıb.
Qeyd edək ki, 13 turdan sonra hesabında 13 xal olan klub 14 komanda arasında 13-cü pillədə qərarlaşıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin