Yağıntılı hava nə vaxtadək davam edəcək? - Açıqlandı
26 Noyabr 2024
23:33 - 27 Dekabr 2021
"Azərbaycan millisindəki işimi davam etdirəcəyəm".
Manşet.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Yunanıstan yığmasının sükanı arxasına əsas namizədlərdən biri olması xəbərinə münasibət bildirərkən deyib.
İtaliyalı mütəxəssis ən azı 2022-ci ildə də komandaya rəhbərlik edəcəyini vurğulayıb: "Artıq bunu əminliklə deyə bilərəm ki, gələn il də Bakıda olacağam".
Son vaxtlar ölkəsi Avropada koronavirusa yoluxma hallarının kəskin artmasına da toxunan 65 yaşlı baş məşqçi futbolçuların təhlükəsizliyinin qorunmasının tərəfdarı olduğunu bildirib: "İtaliya Avropa arenasında COVID-19-la ən yaxşı şəkildə mübarizə apardığını göstərdi. Həyat baxımından yalnız apreldə hər hansı canlanmaya ümid edə bilərik. Maska ilə 12 saatlıq səyahət etdim. Siz onu həqiqətən çıxarmaq istəyirsiniz".
Qeyd edək ki, AFFA dekabrın 2-də Canni De Byazinin müqaviləsini 2022-ci ilin noyabrınadək uzadıb.
(Report)
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin