Yağıntılı hava nə vaxtadək davam edəcək? - Açıqlandı
26 Noyabr 2024
17:24 - 27 Dekabr 2021
"Qarabağ" klubunun qış hazırlıq planı müəyyənləşib.
Ağdam təmsilçisinin Mətbuat Xidmətindən Manşet.az-a verilən məlumata görə, komanda yanvarın 5-i Bakıda məşqləri bərpa edəcək.
Hazırlığın 2-ci mərhələsi Türkiyənin Antalya şəhərində baş tutacaq. Ayın 12-də qonşu ölkəyə yollanacaq "köhlən atlar" "Gloria Sports Arena"da məskunlaşacaq. "Qarabağ" yanvarın 14-ü "Qaz Metan" (Rumıniya), yanvarın 21-i "Şlyonsk Vroçlav" (Polşa), yanvarın 25-i isə "Visla Krakov” (Polşa) klubları ilə üz-üzə gələcək.
Yanvarın 21-i və 25-i daha iki oyun nəzərdə tutulub. Komanda səhər saatlarında Serbiyanın "Batska Topola" və Slovakiyanın "Tatran" klubları ilə üz-üzə gələcək. Bu iki oyunda əsasən, gənc futbolçulara şans veriləcək.
Komandanın Antalya toplanışı yanvarın 26-da başa çatacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin