Koronavirusa görə 4300-dək təyyarə uçuşu ləğv olundu

18:00 - 25 Dekabr 2021

Koronavirusa görə 4300-dək təyyarə uçuşu ləğv olundu

Koronavirusa yoluxmanın artması ilə bağlı Milad bayramı günləri dünya üzrə 4300-dək təyyarə uçuşu ləğv olunub.

Manşet.az xəbər verir ki, bayram axşamı sayılan ötən gün ləğv edilmiş uçuşların sayı 2300-dən çoxdur.

ABŞ-ın "United Airlines” və "Delta Airlines” şirkətləri işçiləri arasında xeyli yoluxma olduğunu əsas gətirərək 280 uçuşu ləğv edib.

Qeyd edək ki, dünən Böyük Britaniyada 122 mindən, Fransada 94 mindən çox insan koronavirusa yoluxub ki, bu da gündəlik yoluxmada indiyədək qeydə alınmış ən yüksək rəqəmlərdir. Yoluxmaların bu cür kəskin artımı "Omikron” ştamı ilə bağlıdır.


Xəbər xətti

20 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin