Azərbaycan nefti Ucuzlaşdı

17:40 - 25 Dekabr 2021

Azərbaycan nefti Ucuzlaşdı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 24-də 78,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,32 dollar/barel azdır.

Bu barədə Manşet.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 78,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,32 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 72,7 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,49 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 75,37 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,31 dollar/barel azdır.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin