Prezident İlham Əliyevdən Ağdam Şəhəri Günü münasibətilə PAYLAŞIM
20 Noyabr 2024
17:01 - 25 Dekabr 2021
İran hökuməti COVİD-19-un Omikron ştammına qarşı görülən tədbirlər çərçivəsində bu gündən etibarən quru sərhədini 15 gün müddətinə bağlamağa qərar verib.
Manşet.az axar.az-a istinadən xəbər verir ki, bunu İran Gömrük Komitəsinin sözçüsü Ruhullah Lətifi ölkə mətbuatına açıqlamasında bildirib.
O qeyd edib ki, ticarətlə bağlı giriş-çıxışlara isə məhdudiyyət qoyulmayacaq:
"Qərar İran İslam Respublikasının Koronavirusla Mübarizə üzrə Qərargahı tərəfindən qəbul edilib.
Qərara əsasən, Türkiyə, İraq, Əfqanıstan, Azərbaycan, Ermənistan və Pakistanla olan quru sərhəd qapıları bu gündən etibarən 15 gün müddətində bağlı olacaq”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin