"Taliban"dan daha bir maraqlı QADAĞA

15:09 - 25 Dekabr 2021

Əfqanıstanda "Taliban" hökuməti avtomobillərdə musiqi səsləndirməyə, habelə hicabsız qadınların avtomobilə mindirilməsinə qadağa qoyub.

Manşet.az  "Kabul News”a istinadən xəbər verir ki, bu barədə "Taliban” hərəkatının yaratdığı Fəzilətin Təşviqi və Əxlaqsılığın Kökünün Kəsilməsi Nazirliyi sürücülərə yazılı tövsiyə göndərib.

Bu ilin avqust ayında hərbi çevriliş nəticəsində hakimiyyəti ələ keçirən "Taliban” qatı şəriətçi rejim yaradaraq qadınların ictimai həyatını məhdudlaşdırmaq, habelə musiqini ictimai yerlərdən yığışdırmaq istiqamətində məqsədyönlü addımlar atır.


Xəbər xətti

20 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin