Prezident İlham Əliyevdən Ağdam Şəhəri Günü münasibətilə PAYLAŞIM
20 Noyabr 2024
21:23 - 24 Dekabr 2021
Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla mümkün görüşü barədə danışıb.
Manşet.az xəbər verir ki, bu barədə o, onlayn mətbuat konfransı zamanı məlumat verib.
Baş nazir bəyan edib ki, görüşün baş tutması xüsusi nümayəndələr tərəfindən aparılan danışıqlar prosesinin nə dərəcədə uğurlu keçməsindən asılıdır.
“Belə bir ideya, razılaşma yoxdur. Amma cənab Rubinyanın iştirakı ilə aparılan danışıqlar prosesi uğurla inkişaf edərsə və proses bu nöqtəyə çatarsa, o zaman yüksək və ən yüksək səviyyədə görüşlər olmalıdır”, - deyə Paşinyan bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin