Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb
22 Noyabr 2024
11:26 - 11 İyun 2021
Azərbaycanda valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində yaşamasını nəzərdə tutan yeni “Himayədar ailə” qayğı modelinin tətbiqi nəzərdə tutulur.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən Manşet.az-a bildirilib ki, Nazirlik tərəfindən bu istiqamətdə müvafiq institusional hazırlıq, qanunvericilik bazasının yaradılması işlərinə başlanıb.“Himayədar ailə” modeli deinstitutlaşmada yeni mərhələ olmaqla, valideyn himayəsindən məhrum uşaqların uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və onların ailə mühitində böyüməsinə şərait yaradılmasını, bununla bərabər, himayədar ailələrə dəstək verilməsi mexanizmini özündə ehtiva edir.
Yeni modelin daha təkmil, müraciət edən vətəndaşların maraq və istəklərinə uyğun qurulması məqsədilə Nazirlik tərəfindən onlayn sorğu keçirilir. Hər kəs sorğuda iştirak edərək yeni “Himayədar ailə” qayğı modelinin tətbiqinə töhfə verə bilər.
1 sentyabr 2021-ci il tarixinədək keçiriləcək sorğuda iştirak üçün aşağıdakı linkə daxil olmaq lazımdır:
https://docs.google.com/forms/d/e/1FAIpQLSduBfWmSXLcTv1Dog_xVh0O_RKsn9zUB-E7E5CDrZuDnXqrgA/viewform
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin