Yağıntılı hava nə vaxtadək davam edəcək? - Açıqlandı
26 Noyabr 2024
14:00 - 21 Dekabr 2021
UEFA İntizam Komitəsi Türkiyənin "Beşiktaş" və "Qalatasaray" klublarını cəzalandırıb.
Manset.az-ın məlumatına görə, səbəb kimi hər iki komandanın avrokubok qarşılaşmalarında azarkeşlərin davranışları göstərilib.
"Qara qartallar" noyabrın 3-də Portuqaliyada "Sportinq"ə qarşı keçirdiyi Çempionlar Liqasının IV tur qarşılaşmasında fanatlarının meydana yad əşyalar atmaları üzündən 9 000 avro, fişəng yandırmaları ilə əlaqədar 4 500 avro cərimələnib.
"Sarı-qırmızılar"a isə noyabrın 25-də evdə Fransa "Marsel"i ilə Avropa Liqasının V tur matçında baş vermiş olaylar üzündən 11 875 avro cərimə kəsilib. Məbləğin 9 375 avrosu yad əşyaya, 2 500 avrosu isə fişəng yandırılmasına görə ödənilməlidir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin