Bu xidmətlərdə ƏDV-nin 50 %-i geri qaytarılacaq
20 Noyabr 2024
20:34 - 20 Dekabr 2021
Rusiya ABŞ və NATO-ya müxtəlif təhlükəsizlik zəmanətləri ilə bağlı təqdim etdikləri təkliflərə hələlik konkret cavab almayıb.
Manşet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Peskov Qərb ölkələrinin sözügedən təkliflərlə bağlı məsləhətləşməyə hazır olduğu iddialarını dəyərləndirib:
"Hələlik bunu qiymətləndirmək tezdir. Müxtəlif mənbələrə əsaslanan xəbərlərdə məsləhətləşməyə hazır olduğumuza dair açıqlamalar eşitmişik”.
Sərhədə silahların yerləşdirilməsini dəyərləndirən Peskov bununla bağlı müxtəlif variantların mümkün olduğunu bildirib.
Qeyd edək ki, Kremlin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov dekabrın 15-də Rusiyanın müxtəlif təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərinin ABŞ və NATO-ya çatdırıldığını açıqlayıb.
Rusiya Xarici İşlər Nazirliyi də dekabrın 17-də ABŞ və NATO üçün təklifləri özündə əks etdirən iki ayrı saziş layihəsini dərc edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin