"Rusiyanın Ukraynanı işğal etməsinin qarşısını almaqdan ötrü bütün addımlar atılmalıdır" - Bayden

11:09 - 20 Dekabr 2021

ABŞ Prezidenti Cozef Bayden milli təhlükəsizlik üzrə komandasına Rusiyanın Ukraynanı işğal etməsinin qarşısını almaqdan ötrü bütün mümkün addımları atmaqla bağlı tapşırıq verib.

Manset.az xəbər verir ki, bunu dövlət başçısı CNN-ə müsahibəsində bildirib.

C.Bayden qeyd edib ki, 2014-cü ildəki səhvlər təkrarlanmamalıdır: “O vaxtkı addımlar Rusiyanın xüsusi dövlət şirkətlərinin ABŞ kapital bazarlarına və texnologiyalarına çıxışını məhdudlaşdırmaqla onların orta və uzunmüddətlə inkişafına əngəl olmağa hesablanmışdı. Bu gün isə durum dəyişib. İndiki addımlar Rusiya iqtisadiyyatına dərhal və ciddi zərbə vuracaq”.


Xəbər xətti

20 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin