İtaliya millisinin sabiq futbolçusuna SİLAHLI HÜCUM

22:40 - 17 Dekabr 2021

İtaliya millisinin sabiq futbolçusuna SİLAHLI HÜCUM

İtaliya millisinin və "Udineze"nin sabiq futbolçusu Antonio Di Natale xoşagəlməz hadisə ilə üzləşib.

Manşet.az xəbər verir ki, veteran forvard evinin yaxınlığında naməlum şəxslərin hücumuna məruz qalıb.

Bıçaq və tapança ilə silahlanmış 5 nəfərdən ibarət mütəşəkkil dəstə keçmiş hücumçunu qarət edib, qolundakı 30 000 avro dəyərindəki saatı götürüb.

Cinayətkarların tapılması istiqamətində araşdırma aparılır.

Qeyd edək ki, Antonio Di Natale hazırda ölkəsinin "Karrareze" klubunun baş məşqçisidir. Komanda C Seriyasında mübarizə aparır.

İtaliya millisinin sabiq futbolçusu silahlı hücuma məruz qalıb


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin