Saxta cərrahların məsələsi Milli Məclisdə - "Estetik cərrahlara icazəni kim verir?"
26 Noyabr 2024
16:52 - 17 Dekabr 2021
Polşa "Legiya"sının yeni baş məşqçisi Aleksandr Vukoviç bu gün Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə görüşəcək.
Manset.az-ın yerli mətbuata istinadən məlumatına görə, 42 yaşlı mütəxəssis azarkeşlərin hücumu nəticəsində xəsarət almış hücumçu ilə son hadisələri müzakirə edəcək.
Vukoviç 24 yaşlı forvardın komandada qalmasını və qış fasiləsində Dubaya təlim-məşq toplanışına yollanmasını istəyir.
Qeyd edək ki, "Legiya" fanatları Ekstraklasanın XVIII turunda Plotsk "Visla"sına 0:1 hesablı məğlubiyyətdən sonra "Legiya"nın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli başından xəsarət alıb. O, hadisədən sonra Varşava təmsilçisində oyuna və məşqlərə çıxmır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin