Saxta cərrahların məsələsi Milli Məclisdə - "Estetik cərrahlara icazəni kim verir?"
26 Noyabr 2024
23:01 - 16 Dekabr 2021
“Bəlkə də, “Marsel”lə oyunla bağlı hər hansı formada UEFA-ya müraciət olacaq”.
Manşet.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqasının 14-cü turunda “Zirə”yə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis "Qarabağ" adı sanki Avropada qəbuledilməz faktora çevrilib. UEFA-ya qarşı hansısa ciddi bildiriş, xahiş, tələb ola bilərmi?" sualına belə cavab verib:
“Məncə, buna ehtiyac yoxdur. Ən başlıcası, biz bilirik ki, Qarabağ Azərbaycandır. Bəli, emosiyalar daha da çoxalır. Səhvlərdən sonra istər-istəməz belə fikrə gəlirsən. Hətta ilk “Dnepr” oyunundan sonra rəhbərliyimiz görüşə getmişdi, narazılıq bildirmişdi. Ancaq idmanda səhvlər, ədalətsizliklər olur.
Bəlkə də, bizim pərdəarxası görmədiyimiz anlar olur. Amma yenə də ardıcıl səkkiz il qrupda oynadıq, bu il qrupdan da çıxdıq. Bəlkə də, hər hansı formada UEFA-ya müraciət olunacaq. Amma yenə də özüm və futbolçularım öz üzərimizdə daha da çox işləməliyik. Belə epizodlar bizi daha da böyüdür.
Rəhbərliyimiz var, lazım olsa, klub səviyyəsində hansısa müraciət ola bilər. Çünki Kiprdəki oyunda təxribat olmuşdu. Bunun qarşısının alınması üçün UEFA-ya müraciət də olmuşdu. Demək olar ki, müraciətdən sonra çox böyük irəliləyiş oldu. Hər hansı təxribat olmadı. Müraciətin təsiri olmuşdu. Yenə lazım olsa, yəqin ki, müraciət olunacaq”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin