Daha 3 şirkətə Rusiyaya alma və pomidor satmağa İcazə verildi

19:56 - 16 Dekabr 2021

Daha 3 şirkətə Rusiyaya alma və pomidor satmağa İcazə verildi

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor”) Azərbaycanın 3 müəssisəsinə alma və pomidor tədarükünə icazə verib.

Manşet.az "Rosselxoznadzor”un saytına istinadən xəbər verir ki, onlar sabahdan ixraca başlaya bilərlər.
 
Sözügedən qərar Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) zəmanəti ilə pomidor və alma yetişdirən müəssisələrdə aparılan fitosanitar monitorinqin nəticələrinə əsasən qəbul edilib.

Beləliklə, bu gün Azərbaycanda 214 müəssisənin və 1 kooperativin Rusiyaya pomidor, 79 müəssisənin isə alma ixrac etmək üçün icazəsi var.
 


Xəbər xətti

20 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin