"Almaniya hazır olsun, Rusiya müharibəyə başlayır" - AÇIQLAMA
25 Noyabr 2024
19:16 - 16 Dekabr 2021
"2020-ci ilin əvvəlində imzalanmış saziş və nəqliyyat infrastrukturunun inkişafı nəticəsində Türkiyəyə ixrac edilən məhsulların çeşidi xeyli genişlənib".
Manşet.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov CBC-yə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, Azərbaycanın imzaladığı iqtisadi ticari sazişlərin sayı artır: "Ötən ilin əvvəlində qüvvəyə minmiş imtiyazlı ticarət sazişinə əsasən Türkiyə bazarına ixrac etdiyimiz məhsulların çeşidi xeyli artıb. Bu gün Azərbaycanın bir sıra məhsulları Türkiyəyə sıfır, yaxud cüzi gömrük rüsumu ilə ixrac edilir”.
Qeyri-neft sektorunun 2015-ci ildən bu yana sürətlə böyüdüyünü qeyd edən nazir son üç il ərzində artımın ikirəqəmli qiymətlərə çatdığını deyib: "2021-ci ildə qeyri-neft sənayemizin artımı 20 faizi keçib ki, bu da ixracatın da artması deməkdir. 2021-ci ilin 11 ayı ərzində qeyri-neft ixracatının artımı 44 faizdir və burada da başlıca rol sənayeyə məxsusdur”.
Son 20 il ərzində nəqliyyat və logistika infrastrukturuna böyük vəsaitlərin yatırıldığını və bunun obyektiv səbəblərlə bağlı olduğunu vurğulayan nazir M.Cabbarov əlavə edib ki, nəqliyyat və logistikanın inkişaf etdirilməsi iqtisadiyyatın şaxələndirilməsinə yönələn siyasətin mühüm hissəsidir.
"Bu baxımdan Zəngəzur dəhlizi də müstəsna əhəmiyyətə malikdir. Bu dəhlizi həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat marşrutlarının kəsişməsi olaraq görürük. Hətta bu gün dəmir yollarında birbaşa bağlantı olmasa belə, Şimal-Cənub marşrutundakı ticarətin xeyli hissəsi Azərbaycan üzərindən keçir. Yeni dəhliz isə İranın, Türkiyənin, başqa qonşu ölkələrin ayrı-ayrı əyalətlərinə mövcud nəqliyyat infrastrukturuna çıxış imkanı yaradacaq”, – nazir söyləyib.
(Report)
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin