"Azərbaycanla razılaşma bölgənin simasını dəyişəcək" - Paşinyan

11:39 - 16 Dekabr 2021

“Azərbaycanla razılaşmanı qiymətləndirməmək mümkün deyil. Bu, mühüm razılıqdır və ümid edirəm ki, biz onu dəqiqliklə gerçəkləşdirəcəyik. Bu, bölgədə iqtisadi, siyasi, eləcə də təhlükəsizlik simasını dəyişəcək vacib layihədir”.

Manset.az xəbər verir ki, bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolu layihəsindən danışarkən bildirib.

Onun sözlərinə görə, yaxın gələcəkdə diqqəti bu məsələnin həllinə yönəltmək lazımdır.

Baş nazir Azərbaycan Prezidenti İlham Əliyevlə həmçinin ikitərəfli gündəlikdəki məsələlər üzrə təmasların davam etdirilməsi barədə razılıq əldə olunduğunu da vurğulayıb.


Xəbər xətti

20 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin