Azərbaycanın məşhur Xalq artisti vəfat etdi - FOTO
26 Noyabr 2024
13:28 - 14 Dekabr 2021
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ata Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Manset.az trend-ə istinadən bildirir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokurorun suallarını cavablandıran Ata Abdullayev bildirib ki, zərərçəkmiş qismində tanınmış şəxslərdən nə pul istəyib, nə də heç nə tələb etməyib.
"Mən bir daha bildirirəm, bu adamlardan heç nə almamışam. Yazırlar ki, guya mən 2020-ci ildə Elmar Əliyevdən telefon istəmişəm. Halbuki mən həmin vaxt Misirdə idim. Deyirlər nə fərqi var 2020-ci il olmasın, 2019-cu il olsun. Fərqi çoxdur, 2019-cu ildə biz qalib ölkə deyildik, amma 2020-də qalib ölkə idik.
Ziya Məmmədov da mənə o, telefonu Elmar Əliyevdən tələb etdiyim üçün verməyib. Ziya ilə görüşəndə gördüm ki, əlində qatlanan Samsung telefonu var, alıb baxdım qəşəng telefon olduğunu dedim. Əlindəki telefonu mənə vermək istəsə də qəbul etmədim. Həmin vaxt əlimdəki telefonun ekranının sınıq olduğunu gördü. Bir neçə gün sonra telefon alıb göndərdi. Allaha and olsun ki, mən bu adamlardan heç nə almamışam.
Sizə qurban olum, əgər lazımdırsa yazım ki, 1 milyon almışam. Mən nədə günahkar olduğumu bilirəm. Buna görə də üzr istəmişəm, 10 dəfə də istəməyə hazıram", - deyə A. Abdullayev bildirib.
Məhkəmədə zərərçəkmiş qismində tanınan Elmar Əliyev mülki iddia qaldıraraq ona dəymiş ziyanın ödənilməsi tələb edib.
Növbəti proses dekabrın 21-ə təyin olunub.
Qeyd edək ki, ittihama əsasən, A.Abdullayev müxtəlif şəxslərdən onlar haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb edib. Belə ki, o, Gənclər və İdman Nazirliyinin tabeliyində Avropa Oyunları və "Formula-1" yarışlarıyla bağlı Əməliyyat Komitəsində çalışan Elmar Əliyevə zəng edərək, ondan 10 min manat istəyib. Son nəticədə 2400 manatlıq "iPhone 11 Pro Max" telefonu alıb.
Bundan başqa, A.Abdullayev Abşeron Rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovdan 6 000 pul istəyib. O, Masazırda məişət tullantılarının vaxtında daşınmaması ilə bağlı video yaymaqla hədələyib.
Həmçinin o, aşmış ağacı videoya çəkərək, sahibkar Cəmil Babayevi ağacları kəsməkdə ittiham etməklə ondan da pul tələb edib.
A.Abdullayev Sabunçuda sahibkar Elçin Əliyevi qanunsuz tikinti aparmaqda ittiham edərək, ondan 15 000 manat pul tələb edib.
Bununla əlaqədar ona CM-in 182.2.2 (hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələrilə ittiham verilib.Qeyd edək ki, A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham edilərək barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin