“Qalatasaray” və “Fənərbağça” məğlub oldu

08:36 - 14 Dekabr 2021

“Qalatasaray” və “Fənərbağça” məğlub oldu

Futbol üzrə Türkiyə çempionatının XVI turu çərçivəsində keçirilən qarşılaşmada “Qalatasaray" səfərdə "Sivasspor”un qonağı olub.

 

Manset.az xəbər verir ki, gərgin keçən görüşdə Sivas təmsilçiləri qonaqları minimal hesabla məğlub ediblər.

Günün digər matçında “Qaziantep” öz meydanında “Fənərbağça”nı 3:2 hesabı ilə üstələyib.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 39 xalla “Trabzonspor” başçılıq edir. Ondan 9 xal geri qalan “Konyaspor” ikinci, sonuncudan bir xal geri qalan “Hatayspor” isə üçüncü pillələrdə qərarlaşıblar.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin