Rejissorun sözləri Putini əsəbiləşdirdi - Mübahisə düşdü+VİDEO

23:41 - 10 Dekabr 2021

Rejissorun sözləri Putini əsəbiləşdirdi - Mübahisə düşdü+VİDEO

Rusiya prezidenti Vladimir Putin İnsan Hüquqları Şurasının üzvləri ilə onlayn konfransda rejissor Aleksandr Sokurovla Rusiya haqqında söylədiyi fikirlərə görə mübahisə edib.

Manşet.az xəbər verir ki, kinorejissor çıxışı zamanı ölkənin siyasi həyatının bütün aspektlərinə toxunub. O qeyd edib ki, Rusiya əslində bir neçə ölkəni, məsələn, Suriya və Belarusu ehtiva edir. Sokurov Rusiyanın tərkibində yaşamaq istəməyən respublikalara sərbəst çıxış verməyi təklif edib. O, güc strukturlarının "siyasiləşməsini” xatırladıb, ölkədə siyasi işlərin dayandırılmasının vacibliyindən danışıb.

Putin şəxsən rejissora müraciət edərək deyib ki, bəzi məsələlərdə düşünmək, bəzilərində susmaq, ictimai məkanda nəsə deməzdən əvvəl isə iki dəfə düşünmək lazımdır. 

"Sizə kim dedi ki, onlar Rusiyanın tərkibində yaşamaq istəmirlər", - deyə Putin hiddətlənib. 

"Bu çıxışınız, xalqa, ölkəyə hörmətsizlikdir. Ordumuza gəldikdə isə, ona görə siz narahat olmayın, hər şey yaxşıdır. Ordumuz inkişaf edir”, - deyə Putin rejissora iradını bildirib.

 

 


Xəbər xətti

20 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin