Ağdamın işğaldan azad edilməsindən 4 il ötür
20 Noyabr 2024
22:55 - 10 Dekabr 2021
“Ukraynanın nə NATO-dan imtina etməsi, nə də Donbasla bağlı birtərəfli güzəştləri Rusiyanın təcavüzünü dayandıra bilməyəcək, ona görə də Ukrayna buna razı olmayacaq”.
Manşet.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Foreing Affairs" nəşrində yazdığı məqaləsində bildirib.
Kuleba qeyd edib ki, Ukraynanın neytrallığı böhranın həlli üçün əsas deyil, çünki tarix bunu təkzib edir.
Onun sözlərinə görə, bəzi ekspertlər tərəfindən irəli sürülən digər ehtiyatsız ideya Ukraynaya birtərəfli güzəştlərə getməsi, Rusiya Prezidenti Valdimir Putini guya daha sülhsevər edəcək kompromislərə yol verilməsi üçün təzyiqdir.
“Yəni Moskva uzun müddətdir ki, Kiyevdən Ukraynanın şərqində Rusiya tərəfindən işğal olunmuş iki bölgə olan Donetsk və Luqanskla birbaşa danışmasını tələb edir. Ukrayna bu tələbi rədd edib və bu səbəbsiz deyil. Rusiya münaqişənin tərəfidir və biz onun vasitəçi kimi çıxış etməsinə imkan verməyəcəyik”, - deyə Kuleba bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin