SON DƏQİQƏ: Azərbaycanın tanınmış həkimi vəfat etdi - FOTO
4 Dekabr 2024
13:13 - 10 Dekabr 2021
“Bu, karyeramda yeni bir səhifədir”.
Manset.az xəbər verir ki, bunu Oxu.Az-a Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) idman işləri üzrə prorektoru Fərid Mansurov deyib.
39 yaşlı Fərid Mansurov dekabrın 8-də təyin olunduğu yeni vəzifəsindən danışıb. O bildirib ki, özünü burada yad hiss etmir:
“Dünən İdman Akademiyasında mənim təqdimatım oldu. Düzdür, bu, əvvəlki vəzifələrimdən fərqli olaraq, pedaqoji sahədir. Amma mən burada özümü yad hiss etmirəm. Çünki illərdir ki, idman sahəsindəyəm. Yeni işim də idmanla bağlıdır. Düşünürəm ki, idmandakı praktiki biliklərim burada işimə yarayacaq”.
Xatırladaq ki, 2004-cü ildə yunan-Roma güləşi üzrə Olimpiya çempionu, 2007 və 2009-cu illərdə dünya çempionu olan Fərid Mansurov 2010-2011-ci illərdə yunan-Roma güləşi üzrə millimizin baş məşqçisi olub. O daha sonra 2011-2016-cı illərdə Azərbaycan Güləş Federasiyasının gənclər üzrə vitse-prezidenti vəzifəsində işləyib.
2016-cı ildə Gənclər və İdman Nazirliyində İdman şöbəsinin müdiri təyin olunan Fərid Mansurov iki gün əvvəl bu vəzifəsindən ayrılıb. O, yeni nazir Fərid Qayıbovun əmri ilə ADBTİA-nın idman işləri üzrə prorektoru təyin olunub. O, bu vəzifədə 2018-ci ilin dekabrından çalışan Yusif Babanlını əvəzləyib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin