Saakaşvili məhkəmədə iştirak etməyəcək

23:35 - 8 Dekabr 2021

Saakaşvili məhkəmədə iştirak etməyəcək

Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili səhhəti ilə bağlı məhkəmədə iştirak edə bilməyəcəyini bildirib.

Manşet.az xəbər verir ki, o, bu barədə feysbukda yazıb.

“Səhhətimlə əlaqədar sabahkı prosesdə iştirak etməyəcəm. Məni məhkəməyə getməyə vadar edən yeganə şey o insanların bir neçə aydır təzyiqlərə məruz qalması idi. Bu insanlar dərhal azadlığa buraxılmalıdırlar”, - Saakaşvili qeyd edib.

Qeyd edək ki, Tbilisi Şəhər Məhkəməsi cümə axşamı keçmiş Saakaşvilinin sərhədi qanunsuz keçməsi ilə bağlı işinə baxmağa davam edəcək. İlk iclas noyabrın 16-da, Saakaşvilinin məhkəmədə iştirak etmədiyi vaxt baş tutub.


Xəbər xətti

19 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin