Bu ölkənin müdafiə naziri yenə qadın oldu

16:17 - 8 Dekabr 2021

Bu ölkənin müdafiə naziri yenə qadın oldu

Almaniyanın keçmiş ədliyyə naziri Kristina Lambrext müdafiə naziri təyin olunub.

Manset.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer dekabrın 8-də uyğun sərəncam imzalayıb.

Bildirilib ki, Kristina Lambrext Almaniyanın ardıcıl üçüncü qadın müdafiə naziridir. Ondan əvvəl Urusla fon der Lyayen və Anneqret Kramp-Karrenbauer bu postu tutublar.

K.Lambrext bu gün kansler seçilən Olaf Şoltsun təmsil olunduğu Sosial-Demokrat Partiyasındandır. O, hüquqçu və siyasətçidir. Silahlı qüvvələr sahəsində təcrübəsinin olmadığı bildirilir. 2019-cu ildən ölkənin ədliyyə naziri işləyib.


Xəbər xətti

19 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin