Samir Nuriyev görüş keçirdi - FOTOLAR
19 Noyabr 2024
14:55 - 7 Dekabr 2021
Bu il həbs edilən Rusiyanın Korrupsiya ilə Mübarizə Fondunun qurucusu, müxalifət lideri Aleksey Navalnı cəza çəkdiyi müəssisədə dərzi peşəsini seçib.
Manşet.az xəbər verir ki, bu haqda Navalnının özü məlumat verib. "Bir neçə vakansiya var idi. Onların arasında rəis, aşpaz, çörəkçi, köməkçi işçi və tikiş sənaye zonası və s. təklif edilirdi. Mən nomenklatura vəzifələrindən uzaq durmaq qərarına gəldim və tikiş emalatxanasına yazıldım”, - deyə Navalnı yazıb.
Xatırladaq ki, bu ilin fevralın 2-də Moskvanın Simonovski Məhkəməsi Navalnının "İv Roşer” işi üzrə şərti cəzasının ləğvi və onun 3,5 il ümumi rejimli koloniya ilə əvəzlənməsi barədə qərar çıxarıb.
sfera.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin