1 milyon avroya görə boşana bilmirlər

08:52 - 7 Dekabr 2021

1 milyon avroya görə boşana bilmirlər

Türkiyədə yayımlanan "Masterchef" yarışmasının münsifi, aşpaz Danilo Zanna ilə həyat yoldaşı Tuğçe Dəmirbilək boşanma ərəfəsində təzminatla bağlı razılığa gələ bilməyiblər.

 

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aşpaz Dəmirbiləyə Etilərdə yerləşən evini, oğlunun qəyyumluğunu, aylıq 20 min lirə aliment və 500 min avro təzminat verməyi təklif edib. Razılığa gəlməyən Tuğçe isə 1 milyon avro (1 milyon 919 min manat) tələb edib. D.Zanna məbləğin çox olduğunu bildirdiyi üçün boşanma baş tutmayıb və məhkəmə prosesi uzanıb.

Qeyd edək ki, 2012-ci ildə evlənən cütlüyün Zeno Tibet adlı oğlu var.


Xəbər xətti

28 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin