Rüstəm Orucovun məşhur rəqibi karyerasını bitirdi

08:49 - 6 Dekabr 2021

Rüstəm Orucovun məşhur rəqibi karyerasını bitirdi

Cənubi koreyalı tanınmış cüdoçu An Çanqrim karyerasını bitirdiyini açıqlayıb.

 

Manset.az xəbər verir ki, 27 yaşlı idmançı bu barədə "Instagram" hesabında paylaşım edib. 

73 kiloqram çəki dərəcəsində 2018-ci ildə Bakıda keçirilən dünya çempionatının qalibi və Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı olan cüdoçu fəaliyyətini məşqçi kimi davam etdirmək istədiyini yazıb.

Qeyd edək ki, An Çanqrim bu yay baş tutan Olimpiadanın bürünc medal görüşündə Azərbaycan təmsilçisi Rüstəm Orucova qalib gəlmişdi. 


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin