Yaşadıqları binada yanğın olan cütlük evinə gedə bilmir

09:48 - 5 Dekabr 2021

Yaşadıqları binada yanğın olan cütlük evinə gedə bilmir

Bir neçə gün əvvəl yaşadıqları evdə yanğın olan aktyor cütlük Əmrah Dadaşov və Asya Atakişiyeva öz evlərinə gedə bilmirlər.

Manşet.az xəbər verir ki, buna səbəb onların binasında hələ də işıqların olmamasıdır. "Zaurla Günaydın" proqramına qonaq olan Əmrah və Asya həmkarları Hüseyn və Gültac Əlilinin evində qaldıqlarını deyiblər.

"Öz valideynlərimizin də yanında qala bilərik. Amma onlar bizimlə eyni kompleksdə yaşayır. Nəsə lazım olanda evə gedib vermək rahatdır. Həm də Gültac və Hüseyn qoymur harasa gedək" deyə, Əmrah söyləyib.

Asya isə yanğın zamanı binadan çıxarkən burnundan, başından zədə aldığını söyləyib.

Qeyd edək ki, Asya və Əmrahın toyu bir neçə gün əvvəl olub.


Xəbər xətti

28 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin