Toya gedən avtobus körpüdən aşdı - 20 nəfər öldü

19:34 - 4 Dekabr 2021

Toya gedən avtobus körpüdən aşdı - 20 nəfər öldü

Keniyanın mərkəzində avtobusun su basmış körpünü keçmək istəyərkən çaya düşməsi nəticəsində azı 20 nəfər ölüb.

Manset.az xəbər verir ki, bu barədə Keniyanın “The Star” qəzeti məlumat yayıb.

Regional polis idarəsinin rəisi Cozef Yakan bildirib ki, avtobusdakı şəxslər toya gedirmiş. Onun sözlərinə görə, qəzada 20 nəfər həlak olub, 10 sərnişin xilas edilib.

Güclü axıntının mane olduğu ərazidə xilasetmə işləri aparılır.


Xəbər xətti

19 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin