Nazirdən əmək pensiyaları ilə bağlı ŞAD XƏBƏR
19 Noyabr 2024
09:32 - 4 Dekabr 2021
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirusun “omikron” ştamından ölənlərlə bağlı məlumatı yoxdur.
Manset.az xəbər verir ki, bu barədə ÜST-ün sözçüsü Kristian Lindmayer Cenevrədə keçirdiyi mətbuat konfransında “Anadolu” agentliyinin müxbirinin sualını cavablandırarkən bildirib.
Lindmayer bildirib ki, “omikron”un yoluxuculuğu, həmçinin koronavirusun bu xüsusi ştammı ilə yoluxduqdan sonra xəstəliyin mümkün vəziyyəti ilə bağlı araşdırmalar davam edir.
Təşkilatın sözçüsü “Moderna” və “BioNTech-Pfizer”-in “omikron”a qarşı yeni peyvənd haqqında” açıqlamalarını da şərh edib. “ÜST peyvənd istehsalçılarına mövcud peyvəndi əvəz etmək də daxil olmaqla, vaksini vaxtından əvvəl hazırlamağı inadla tövsiyə edir”, - o deyib.
"Bu, həyəcan zənglərini gözləməkdən daha yaxşıdır", - Lindmayer qeyd edib.
Onun sözlərinə görə, hazırkı mərhələdə “Omikron”a qarşı mövcud vaksinlərin effektivliyi üçün vaxt lazımdır.
“Məlumatları toplayıb təhlil etdikdən sonra hər şey öz yoluna düşəcək”, - ÜST rəsmisi əminliyini ifadə edib.
“Omikron” vəziyyətinin tam təhlili vaxt aparacaq”, - o deyib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin