Türk lirəsinin ucuzlaşması rekord həddə çatdı

16:19 - 3 Dekabr 2021

Türk lirəsinin ucuzlaşması rekord həddə çatdı

Bu gün valyuta hərraclarında türk lirəsinin məzənnəsi daha 2% zəifləyib. 

Manset.az xəbər verir ki, bununla da Türkiyənin milli valyutasının ucuzlaşması rekord həddə çatıb. 

Belə ki, Bakı vaxtı ilə saat 13.45-ə olan vəziyyətə görə 1 ABŞ dolları 13,89 lirəyə bərabər olub ki, bu da indiyə qədər qeydə alınmış ən yüksək həddir. 

Lirənin kəskin ucuzlaşmasının şərtləndirən başlıca amil “Fitch” beynəlxalq reytinq agentliyinin Türkiyənin xarici valyutada uzunmüddətli defoltu reytinqin üzrə proqnozunu "Sabit"dən "Mənfi"də dəyişdirməsidir. 

Bu arada Türkiyə Mərkəzi Bankı lirənin məzənnəsini qorumaq üçün azara əlavə valyuta kütləsi buraxacaqlarını açıqlayıb.


Xəbər xətti

19 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin