Lökbatanda ağır yol qəzası tıxac yaratdı

08:55 - 11 İyun 2021

Lökbatanda ağır yol qəzası tıxac yaratdı

Bakının Qaradağ rayonunda yol qəzası olub.

Manşet.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Kənar Dairəvi Yolda, Lökbatan dairəsi istiqamətində baş verən ağır yol-nəqliyyat hadisəsi tıxaca səbəb olub. İlkin məlumata görə, iki yük avtomobili toqquşub. Qəza zamanı avtomobillərdən biri aşıb.

Bu səbəbdən də qeyd olunan istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin