UEFA "Qarabağ"ın qapısına vurulmuş qolu fərqləndirdi

10:55 - 3 Dekabr 2021

UEFA

UEFA rəsmi instaqram səhifəsində Konfrans Liqasının qrup mərhələsinin V turunda qeydə alınmış 2 qolla bağlı sorğu keçirir.

Manset.az-ın məlumatına görə, onlardan biri Kipr "Omoniya"sının futbolçusu Jordi Qomesin Bakıdakı matçda "Qarabağ"ın qapısına vurduğu qoldur. Səsverməyə çıxarılan ikinci qolun müəllifi isə Kiprin digər təmsilçisi "Anortosis"in oyunçusu Lazaros Kristodolopulosdur. Onun 27-ci dəqiqədə Belçika "Genti"nə vurduğu qol fərqləndirilib.

Qeyd edək ki, "Qarabağ" - "Omoniya" görüşü 2:2 hesablı heç-heçə başa çatıb.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin