Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
4 May 2024
10:47 - 2 Dekabr 2021
Koronavirusa yoluxan tanınmış diktor, Xalq artisti Eldost Bayramın son durumu açıqlanıb.
Zığ Modul Tipli Xəstəxanasından Manset.az-a bildirilib ki, diktorun reanimasiya şöbəsində müalicəsi davam etdirilir.
Qeyd olunub ki, E.Bayram hazırda oksigen maskasındadır: "Onun arterial təzyiqi 160-ın 90-a, nəbzi 97, saturasiyası 96, şəkəri isə 227-dir. Huşu aydındır. Vəziyyəti ağır olaraq qalır”.
Qeyd edək ki, 74 yaşlı Xalq artisti bir müddət əvvəl COVID-19-a yoluxub. O, noyabrın 29-da Zığ qəsəbəsindəki modul tipli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin