"Qalatasaray"ın məşhur qapıçısı "Liverpul"da

01:20 - 1 Dekabr 2021

Braziliya millisinin və "Qalatasaray"ın sabiq qapıçısı Klaudio Taffarel "Liverpul"da işləyəcək.

 

Manset.az "The Atletic"ə istinadən xəbər verir ki, o, Con Axterberqlə birlikdə komandada qapıçılar üzrə məşqçi vəzifəsində çalışacaq.

Qeyd edək ki, 1998 - 2001-ci illərdə "Qalatasaray"da çıxış edən Taffarel İstanbul klubu ilə UEFA Kuboku və Superkubokunu qazanıb. 55 yaşlı mütəxəssis müxtəlif vaxtlarda "Qalatasaray"da və Braziliya millisində qapıçılar üzər məşqçi kimi çalışıb.



Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin