İsmail Demirdən helikopter qəzası ilə bağlı paylaşım

23:17 - 30 Noyabr 2021

İsmail Demirdən helikopter qəzası ilə bağlı paylaşım

Türkiyənin Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir bu gün baş verən faciəvi helikopter qəzası ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

Manşet.az xəbər verir ki, İsmail Demir bununla bağlı özünün tviterdəki hesabında paylaşım edib.

“Can Azərbaycanda bu gün hərbi helikopter qəzasında şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm. Azərbaycanlı qardaşlarımızın başı sağ olsun”, - İsmail Demir sosial şəbəkədə yazıb.

Xatırladaq ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Faktla bağlı Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb


Xəbər xətti

19 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin