Komissiya sədrinin vəzifələri artırıldı
7 Aprel 2025
14:34 - 7 Aprel 2025
Almaniyanın qərbindəki Vestervald bölgəsindəki Weitefeld kəndindəki evdə 3 nəfərin cəsədi tapılıb.
Manset.az xəbər verir ki, bu barədə ğlkə mediası məlumat yayıb.
Səlahiyyətlilər, 2200 əhalisi olan Veytefeld şəhərciyinə hadisə yerinə çatdıqda şübhəlinin qaçdığını və hələ də tutulmadığını bildirib.
Biri uşaq olan 3 nəfərin qətlində şübhəli bilinən şəxsin tutulması istiqamətində işlərin davam etdiyi bildirilib. Həyatını itirənlərin eyni ailədən olduğu və ölənlərin 47 yaşlı kişi, 44 yaşlı qadın və 16 yaşlı oğlan olduğu qeyd edilib.
Polis bölgə sakinlərinə evlərini tərk etməmək barədə xəbərdarlıq etdiklərini və hadisə yerində xüsusi dəstənin olduğunu bildirib. Polis səlahiyyətliləri, hadisədən sonra mühasirəyə alınan kəndə daxil olan və çıxan avtomobillərin bir-bir yoxlanıldığını, əməliyyatların şübhəli yaxalanana qədər gecə boyu davam edəcəyini deyib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin